Maraqlı

Həkim damar sağlamlığı üçün ən zərərli qida birləşməsini açıqlayıb

16 Nov 2026, 07:14 2 baxış
Həkim damar sağlamlığı üçün ən zərərli qida birləşməsini açıqlayıb
Damar sağlamlığı üçün ən arzuolunmaz qida birləşməsi sadə və asan həzm olunan karbohidratlar (şəkər və nişasta) ilə linol turşusu ilə zəngin rafinə edilmiş bitki yağlarıdır (günəbaxan, soya və raps yağları). Bu məhsullar fastfud yeməklərinin əsas tərkib hissələrindəndir. Oxu.Az xəbər verir ki, bu barədə RT-yə müsahibəsində "Helznet" Milli Texnologiya Təşəbbüsünün və "Sağlamların sağlamlığı" İttifaqının eksperti, həkim Andrey Martyuşev-Poklad danışıb. Mütəxəssisin sözlərinə görə, bu məhsulların hər biri, xüsusilə də birlikdə qəbul edildikdə, damarların daxili səthinə - endotelə ciddi zərər verə və insulinin həddindən artıq ifrazına səbəb ola bilər. O bildirib ki, şəkər və nişasta qlikasiya məhsullarının yaranmasına, eləcə də mitoxondrilərdə oksidləşdirici stresin artmasına şərait yaradır. Linol turşusu isə xüsusilə yüksək temperaturda qızdırıldıqda lipidlərin peroksidləşməsi nəticəsində yaranan təhlükəli maddənin - 4-hidroksinonenalın (4-HNE) mənbəyinə çevrilə bilər. Həkim ən zərərli qidalara yağda qızardılmış ponçikləri və kartofu misal göstərib. RT-nin həmsöhbəti bu qidaları insulinin həddindən artıq ifrazına səbəb olmayan, damar sağlamlığını dəstəkləyən məhsullarla əvəz etməyi tövsiyə edib. Onun fikrincə, yüksək qida dəyərinə malik yumurta, ət, balıq, quş əti və süd məhsulları tərəvəz qarniri ilə birlikdə ən yaxşı seçimlərdəndir. Həkim bu qidaları fastfuddan fərqli olaraq "boş kalorilər" deyil, yüksək qida sıxlığına malik məhsullar kimi xarakterizə edib. Mütəxəssis qeyd edib ki, belə qidalanma piylənmə, metabolik sindrom, şəkərli diabet və damarların fəaliyyətinin pozulması ilə müşayiət olunan digər sağlamlıq problemlərinin profilaktikasına kömək edə bilər.
Həkim damar sağlamlığı üçün ən zərərli qida birləşməsini açıqlayıb
Mənbə oxu.az

Oxşar Xəbərlər