Dünya
Ermənistanda canlı yayımda ara qarışdı: Jurnalistlə bloqer arasında əlbəyaxa dava - Video
Ermənistan İctimai Televiziyasının efirində jurnalistlə bloqer arasında dava düşüb. Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, insident tok-şounun çəkilişi zamanı baş verib. Məlumata görə, bloqer Arutyun Mkrtçyanla müxalif jurnalist Boris Murazi arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Hadisənin görüntülərini təqdim edirik:
Mənbə
oxu.az