İdman

Avropada futbol həyəcanı: Almaniya Niderlandla üz-üzə gəlir

16 Nov 2026, 08:00 1 baxış
Avropada futbol həyəcanı: Almaniya Niderlandla üz-üzə gəlir
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində 10 qarşılaşma keçiriləcək. Oxu.Az xəbər verir ki, A Liqasının II qrupunda Almaniya Niderlandla, Yunanıstan isə Serbiya ilə üz-üzə gələcək. B Liqasının I qrupunda Şimali Makedoniya Sloveniya ilə, İsveçrə isə Şotlandiya ilə qarşılaşacaq. C Liqasının III qrupunda Farer adaları Moldova ilə, Qazaxıstan isə Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək. IV qrupda Estoniya Bolqarıstanı, İslandiya isə Lüksemburqu qəbul edəcək. D Liqasının I qrupunda Cəbəllüttariq Malta ilə, II qrupunda isə Litva Lixtenşteynlə qarşılaşacaq. UEFA Millətlər Liqası A Liqası, II qrup 23:45. Almaniya - Niderland; 23:45. Yunanıstan - Serbiya. B Liqası, I qrup 23:45. Şimali Makedoniya - Sloveniya; 23:45. İsveçrə - Şotlandiya. C Liqası, III qrup 19:00. Farer adaları - Moldova; 19:00. Qazaxıstan - Slovakiya. IV qrup 21:00. Estoniya - Bolqarıstan; 21:00. İslandiya - Lüksemburq. D Liqası, I qrup 23:45. Cəbəllüttariq - Malta. II qrup 21:00. Litva - Lixtenşteyn.
Mənbə oxu.az

Oxşar Xəbərlər