Siyasət

Deputat: "Aİ Ermənistandakı həbslərə susur, Azərbaycandan isə müharibə canilərini buraxmağı istəyir"

19 Dec 2025, 12:42 1 baxış
Deputat: "Aİ Ermənistandakı həbslərə susur, Azərbaycandan isə müharibə canilərini buraxmağı istəyir"
"Ermənistanda din xadimlərinə qarşı ciddi repressiya var. Nə qədər dindar həbs olunub. Niyə Avropadan buna heç bir reaksiya yoxdur?" Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, Ermənistanda həbslər həyata keçirilir: "Orada əvvəlki hakimiyyətdə təmsil olunan bir çox siyasi xadimlərə qarşı həbslər və təqiblər baş verir. Niyə Avropadan bunu pisləyən bir bəyanat görmürük? Onlar siyasi baxışlarına görə təqib olunurlar. Lakin niyəsə Qərb strukturları bu haqda indiyədək dinləmələr keçirməyib, heç bir sənəd qəbul etməyib. Əvəzində Avropa İttifaqı və Avropa Parlamenti Azərbaycanda insan haqları ilə bağlı dinləmələr təşkil edir. Ermənistan 1 milyon azərbaycanlının evlərini, tarixi abidələrimizi dağıdanda onlar harada idi? Niyə bir dəfə də olsun dağıdılan 67 məscidlə bağlı bəyanat qəbul etmədilər? Ötən əsrin 80-ci illərində öz doğma yurdlarından deportasiya olunan azərbaycanlıların hüquqlarını nə üçün müdafiə etmirlər? Avropa ölkələrində islamofob meyllər sürətlə artır. Lakin buna reaksiya yoxdur. Təşkilat dəfələrlə Azərbaycana müharibə cinayətkarlarını azad etməyə dair çağırışlar edib. Halbuki onlardan biri Ruben Vardanyan Ukraynaya qarşı müharibəni də maliyyələşdirən oliqarxlardan idi". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər