Siyasət

Balıqçılıq haqqında yeni qanun layihəsi hazırlanıb

19 Dec 2025, 11:50 1 baxış
Balıqçılıq haqqında yeni qanun layihəsi hazırlanıb
"Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yeni Qanun layihəsi hazırlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzinin sədri Ceyhun Əliyev məlumat verib. Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması balıqçılıq və akvakultura subyektlərinin fəaliyyətinin hüquqi və inzibati baxımdan sadələşdirilməsinə, mövcud prosedurların optimallaşdırılmasına və tətbiq olunan mexanizmlərin daha da təkmilləşdirilməsinə xidmət edir: "Yeni tənzimləmələr subyektlər üçün şəffaf, optimal və səmərəli fəaliyyət mühiti formalaşdırmaqla, istehsal proseslərinin təşkili və genişləndirilməsinə, eləcə də dövlət dəstəyi alətlərindən daha effektiv istifadə etməsinə imkan yaradacaqdır. Qanun layihəsinin hazırlanması prosesində balıqçılıq və akvakultura sahəsində qabaqcıl xarici təcrübə ətraflı şəkildə araşdırılmış və təhlil edilib. Beynəlxalq praktika, balıqçılığa ekosistem yanaşması və digər müasir yanaşmalar milli qanunvericilik sisteminə uyğunlaşdırılaraq layihədə əks etdirilib. Qeyd edilməlidir ki, balıqçılıq, xüsusən də akvakultura sahəsi uzun illərdir ki, kənd təsərrüfatı sahəsinə aid edilməmişdi. Bu səbəbdən də kənd təsərrüfatı sahələrinə tətbiq edilən vergi güzəştləri, eləcə də müxtəlif dövlət dəstəyi mexanizmləri balıqçılıq sahəsinə tətbiq olunmurdu. Balıqçılıq fəaliyyətinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinə aid edilməsi, habelə bu sahədə vergi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilib". Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər