Siyasət
Pərvanə Vəliyeva: "AP-nin qətnaməsi de-fakto sülhə təhdiddir"
"Avropa Parlamentinin (AP) Azərbaycana qarşı irəli sürdüyü qətnamə layihəsində yer alan müddəalar qəbuledilməz olmaqla yanaşı, regionda mövcud olan de-fakto sülhə ziddir". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib. O xatırladıb ki, AP-də fəaliyyət göstərən siyasi qruplar Azərbaycanda insan haqları məsələsi ilə bağlı rəsmi Bakıya təzyiq etməyə çağıran qərəzli qətnamə layihələri irəli sürüblər:
"Bu, elə həmin siyasi qruplardır ki, işğal dövründə və Vətən müharibəsi zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir, bəyanatlar verirdilər, işğalı dəstəkləyir və Ermənistanı himayə edirdilər. Avropa İttifaqı (Aİ) institutları faktiki olaraq münasibətləri gərginləşdirə biləcək, əhəmiyyətsiz addımlardan çəkinməlidirlər. Dekabrın 2-də Aİ ilə Ermənistan arasında imzalanan strateji anlaşma sənədində Ermənistan-Azərbaycan münasibətlərinə dair bəndlərin yer alması ölkəmizin haqlı narazılığına səbəb olub. Sənəddə Azərbaycan-Ermənistan normallaşma prosesində dönüş nöqtəsi olan Vaşinqton razılaşmasına və TRIPP layihəsinə istinad edilməməsi Aİ-nin görüşün nəticələri ilə bağlı açıqlamalarında səmimi olmadığını göstərir. Son dövrlərdə Ermənistan baş naziri Nikol Paşinyanın siyasi rəqiblərini neytrallaşdırmaq üçün demokratiyaya zidd addımlar atmaqdan çəkinmədiyi müşahidə olunur. Demokratiyanın müdafiəçisi kimi çıxış edən Aİ isə Ermənistandakı antidemokratik proseslərə göz yumur. "Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik" sənədində bu hallara dair bir kəlmə də yer almır". P.Vəliyeva vurğulayıb ki, sənəddə Aİ-nin Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinin davam etdirilməsinin zərurətinin qeyd olunması "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in 7-ci maddəsi ilə ziddiyyət təşkil edir:
"Belə ki, həmin maddədə göstərilir ki, tərəflər sərhəd boyunca hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Öhdəlik götürürlər ki, üçüncü tərəflərlə mövcud beynəlxalq razılaşmalar bu saziş üzrə öhdəliklərinə xələl gətirməyəcək. Növbəti yeddi il üçün Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən ikitərəfli sənəd isə bu müddəaya ziddir. Aİ-Ermənistan sənədində, həmçinin Beynəlxalq Ədalət Məhkəməsində mövcud iddiaların dərhal, effektiv və tam şəkildə icrası vurğulanır ki, bu da sözügedən sülh sazişinin müddəaları ilə uyğun deyil. Unutmaq olmaz ki, Azərbaycanın da sübutlar əsasında Ermənistana qarşı həmin məhkəmədə qaldırdığı iddialar və işğaldan azad olunmuş ərazilərimizə dəymiş ziyanın təzminat məbləği 150 milyard ABŞ dollarıdır. Sənəddə Vaşinqton razılaşması ilə heç bir əlaqəsi olmayan Paşinyan hakimiyyətinin irəli sürdüyü "Sülh kəsişməsi" təşəbbüsü TRIPP yolundan kənar əraziləri əhatə edir və faktiki olaraq Azərbaycanın təqdim etdiyi real layihələrə alternativ kimi prosesləri uzatmaq məqsədilə ortaya atılıb. Aİ hər vasitə ilə Paşinyan hökumətinin mövqeyinin gücləndirilməsi istiqamətində addımlar atır. Elə buna görə də Ermənistandakı kütləvi həbslərə, kobud insan haqları pozuntularına susurlar. Həmçinin sanksiyalara məruz qalan malların Ermənistan vasitəsilə Rusiyaya göndərilməsi və bu yolla ölkənin maddi qazanc əldə etməsi Aİ-yə məlum olsa da, buna göz yumulur". Məlik Məlikov

Mənbə
oxu.az