Siyasət

"Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilib

18 Dec 2025, 14:16 1 baxış
"Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilib
Azərbaycan Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmanla "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə "Çevik Hərəkət Qüvvələri hərbi hissəsinin döyüş bayrağında - "Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə" sözləri yazılmış yeni bənd əlavə edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər