Siyasət
2026-2028-ci il üçün imzalanacaq Baş Kollektiv Saziş üçün əsas prioritetlər açıqlanıb
"2026-2028-ci illər üçün imzalanacaq Baş Kollektiv Sazişdə əmək hüquqlarının qorunması ilə yanaşı, qloballaşan iqtisadiyyat, ətraf mühit və ədalətli keçid, süni intellektin iş yerlərinə təsiri kimi məsələlər prioritet olacaq". Oxu.Az xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında deyib.
O bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi kurs, həyata keçirilən məqsədyönlü və ardıcıl sosial-iqtisadi siyasət, həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti vətəndaşların rifahının yüksəldilməsi üçün əlverişli mühit formalaşdırıb: "Minimum əməkhaqqının və sosial ödənişlərin artırılması, məşğulluq imkanlarının genişləndirilməsi, əmək münasibətlərinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkə vətəndaşlarının, o cümlədən həmkarlar ittifaqı üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir". O bildirib ki, Nazirlər Kabineti dövlətin sosial siyasətinin dəstəklənməsi, əmək münasibətlərinin tənzimlənməsi, iş yerlərində təhlükəsizliyin və sosial ədalət prinsiplərinin təmin olunması sahəsində sosial tərəfdaş olaraq konfederasiya ilə sıx əməkdaşlıq edir: "Hesab edirik ki, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, sosial dialoqun gücləndirilməsi və beynəlxalq standartlara cavab verən əmək mühitinin yaradılması istiqamətində əldə olunan uğurlar baş kollektiv sazişə əsaslanan səmərəli sosial tərəfdaşlığın nəticəsidir". Məlik Məlikov

Mənbə
oxu.az