Siyasət

Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "Türk dövlətləri arasında ticarət axınları sürətlənəcək"

15 Dec 2025, 17:38 1 baxış
Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "Türk dövlətləri arasında ticarət axınları sürətlənəcək"
"Bakıdan Naxçıvana qədər uzanan dəhliz və Xəzər tranzit yollarının vahid sistemə inteqrasiyası türk dövlətləri arasında ticarət axınlarını sürətləndirəcək". Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Qardaş ölkənin lideri türkdilli dövlətlər arasında ticarət əlaqələrindən danışarkən bildirib: "Nəqliyyat və logistika strategiyaları da bu əlaqələrin vacib komponentləridir. Dil, tarix, ədəbiyyat və incəsənət sahələrində çoxşaxəli tədqiqatlar mədəni əlaqələrin canlı qalmasına töhfə verəcək. Gənclər proqramları, mübadilə mexanizmləri və birgə akademik şəbəkələrin yaradılması gələcək nəsillərin bir-birini daha yaxşı tanımasına və münasibətlərin davamlılığını təmin etməsinə imkan verəcək".
Mənbə oxu.az

Oxşar Xəbərlər