Siyasət
"General-leytenant" rütbəsi alan Adil Abdullayev kimdir?
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. Ali rütbə alanlardan biri də general-mayor Adil Abdullayevdir. Sərəncamla o, "general-leytenant" ali hərbi rütbəsi ilə təltif edilib. Oxu.Az onun dosyesini təqdim edir: Adil Abdullayev 21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var. O, 2024-cü ilin fevralında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə fövqəladə hallar naziri (FHN) Kəmaləddin Heydərova müavin təyin edilib. A.Abdullayev nazir müavini olana qədər FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. FHN-dən öncə isə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.
Mənbə
oxu.az