Siyasət

2026-cı ildə Azərbaycan hərbçilərinin NATO təlimlərində iştirakı planlaşdırılırmı?

15 Dec 2025, 15:26 1 baxış
2026-cı ildə Azərbaycan hərbçilərinin NATO təlimlərində iştirakı planlaşdırılırmı?
NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliklərinin (NATO Contact Point Embassies, CPE) rəhbərləri Elçin Qasımov (Slovakiya) və Tobias Lorentsson (İsveç) - 2026-cı ildə Azərbaycan hərbçilərinin NATO təlimlərində iştirakının planlaşdırılması haqqında fikirlərini bölüşdürüblər. Oxu.Az xəbər verir ki, onlar bu barədə "Report"a müsahibəsi zamanı bildiriblər. E.Qasımov qeyd edib ki, son illərdə Azərbaycan çox sayda NATO təlimlərində iştirak edib. "Ölkə Alyansın 2026-cı ildə keçiriləcək bir neçə təlimində iştirak etmək və ya bu təlimləri müşahidə etmək üçün müraciət edib".
Qeyd edək ki, Azərbaycan 30 ildən artıqdır ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə tərəfdaşlıq münasibətlərinə malikdir və bu əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirir. Əməkdaşlığın qurulduğu gündən etibarən ölkə alyansın birgə təlim və proqramlarında fəal şəkildə iştirak edir. Bu da təcrübə mübadiləsinin gücləndirilməsinə və təhlükəsizlik standartlarının inkişafına kömək edir. NATO nümayəndələri müntəzəm olaraq Azərbaycana rəsmi, o cümlədən yüksək səviyyəli səfərlər edirlər: 2024-cü ilin martında NATO-nun ozamankı baş katibi Yens Stoltenberqin Bakıya səfəri ikitərəfli münasibətlərin önəmini təsdiqləyib.
2026-cı ildə Azərbaycan hərbçilərinin NATO təlimlərində iştirakı planlaşdırılırmı?
Mənbə oxu.az

Oxşar Xəbərlər