Siyasət
FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verildi - SİYAHI
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib: "general-leytenant" ali hərbi rütbəsi general-mayor Adil Ələsgər oğlu Abdullayevə "general-mayor" ali hərbi rütbəsi polkovnik Fərhad Nəriman oğlu Səmədova polkovnik Seymur Taleh oğlu Qaraşova "daxili xidmət general-mayoru" ali xüsusi rütbəsi daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.
Mənbə
oxu.az