Siyasət
Azərbaycanla Əlcəzair arasında saziş TƏSDİQLƏNDİ
Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, saziş 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində imzalanıb.
Mənbə
oxu.az