Siyasət
İlham Əliyev Moldova ilə imzalanmış sazişi təsdiqlədi
Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş təsdiqlənib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, saziş 2025-ci il sentyabrın 19-da Bakı şəhərində imzalanıb.
Mənbə
oxu.az