Siyasət

Sabah bəzi yerlərdə leysan yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

15 Dec 2025, 13:24 1 baxış
Sabah bəzi yerlərdə leysan yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-də gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir. Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər