Siyasət
Azərbaycan Biznesinin İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi TƏSDİQLƏNDİ
"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Müşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini.
Mənbə
oxu.az