Siyasət

Bakı metrosunda qatarların hərəkətində PROBLEM - Nə baş verir?

15 Dec 2025, 09:27 1 baxış
Bakı metrosunda qatarların hərəkətində PROBLEM - Nə baş verir?
"Bakı Metropoliteni" QSC qatarların intervalında gecikmə məsələsinə aydınlıq gətirib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib. Qeyd olunub ki, Bakı Metropolitenində sərnişin sıxlığı səbəbi ilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur: "Nəticədə, qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanırlar. Bu isə arxadan gələn qatarların tunellərdə və stansiyalarda dayanmasına səbəb olur. "Qırmızı" və "Yaşıl xət"lər "28 May" stansiyasında kəsişərək birləşdiyindən bir neçə stansiyada bunun təsirləri hər iki xətt üzrə ümumi yubanmalara səbəb olub. Sərnişinlərimizdən xahiş edirik ki, gecikmələrə yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər". "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində gecikmə müşahidə olunur. Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər. Sərnişinlərin sözlərinə görə, qatarlar hər stansiyaya 5-6 dəqiqədən bir gəlirlər. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər