Siyasət

Horovlu kəndinə növbəti köç karvanı yola salındı

15 Dec 2025, 09:08 1 baxış
Horovlu kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir.


Axar.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə daha 21 ailə (79 nəfər) köçürülüb.


Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Mənbə axar.az

Oxşar Xəbərlər