Siyasət
Qaynar qazanlar, incə saplar: Qədim sənətin əllərdə canlandığı məkandan REPORTAJ
Qaynar su dolu qazanlar, əllərindəki şotka ilə baramanın üzərində işləyən qadınlar, küncdə dayanmadan fırlanan çarxlar… Bu məkana daxil olanda səni ilk qarşılayan baramanın açılma prosesinin spesifik qoxusu və məkanın rütubətidir. O sapı almaq üçün hər kəs o qədər incəliklə işləyir ki... Onları nə çılpaq əlləri ilə təmasda olan qaynar su narahat edir, nə də havanın rütubəti. Məqsəd birdir: keyfiyyətli ipək sapının hazırlanması. Oxu.Az "Kaspi" qəzetinin Şəkidə hazırladığı reportajı təqdim edir:
Bura Şəkidə yerləşən "Azəripək" ASC-nin baramadan xam ipək açan istehsalat mərkəzidir. İstehsalat prosesini izlədikcə 19-cu əsrdə Fransada ipək sənəti ilə məşğul olan bir ailənin hekayəsini əks etdirən "İpək" filmi gözlərimin önünə gəlir. Filmdə ipək yalnız sənaye məhsulu deyil, zəhmət, incəlik və səbrin simvolu kimi təqdim olunur. Bu sexdə fəaliyyət göstərən qadınların zəhmətkeş əlləri ilə ərsəyə gətirdikləri hər sapda bu sözlərin canlı izini görmək mümkündür.
Burada iş bir saniyə belə dayanmır. İpəyin ən vacib mərhələsi - sapın tapılıb çarxa ötürülməsi məhz bu sexdə baş verir. Biz də bu qədim sənəti müşahidə etmək üçün sexin iş prosesini addım-addım izləyirik.
"Səhv etsən, ipək telinə zərər dəyə bilər" Baramanın ipəyə çevrilməsi bir neçə mərhələdən keçir. İlk addım baramanın təmizlənməsidir. Baramanın üzərində toz, pürzə və digər çirklər olur. Bu çirklərin təmizlənməsi baramanı tor kimi yumşaq və işlənməyə hazır vəziyyətə gətirir. Sonra barama qaynar suya salınır. Qaynar su baramanın yumşalmasına kömək edir və ipək telini daha asan tapmağa imkan yaradır. Bu prosesi 40 ildir baramaaçan sexində işləyən Ceyran Eynullayeva göstərir: "Barama təmiz olmadıqda ipək sapı keyfiyyətsiz çıxır. Təmizlənmiş barama yumşaq olur, amma eyni zamanda möhkəmdir və ipək telinin çıxarılması üçün hazır vəziyyətə gəlir. Sonra baramanı qaynar suya salırıq. Bu mərhələdə məqsəd ipək telini tapmaqdır. Qaynar su baramanı yumşaldır və telin uclarını aydın göstərir. Sonra baramanı şotka ilə "döyürük", hər fırlanış baramanın uclarını açır. Şotka ilə barama "döymək" çox incə işdir, səhv etsən, ipək telinə zərər dəyə bilər".
Digər bölmədə işləyən Mirvari İbrahimovaya baxıb təəccüblənirəm. Qaynar suyun buxarı ətrafa yayılsa da, o, əlini rahatlıqla suya salır və prosesi icra edir. "Əliniz yanmır?" sualını verdikdə isə gülümsəyərək deyir: "Qızım, biz buna öyrəşmişik, işimizi sevə-sevə görürük. Hər ipək sapı böyük zəhmət və əziyyət hesabına hazırlanır. Heç bir çətinliyimiz yoxdur, barama olsa sevə-sevə işləyərik. Amma may ayında mövsüm dayanır, işləyə bilmirik, çünki barama olmur. Barama üçün tinglər, ağaclar azalıb və insanların marağı çox deyil. Əvvəllər yerlər, sahələr dolu olurdu, barama bol idi".
"Qurd sağ qalarsa, baramanı deşib çıxır" Əvvəlki illərdə Şəki İpək Kombinatında baş mühəndis işləyən Rasim Həsənov deyir ki, barama kənd təsərrüfatı məhsuludur. Onu zəhmətkeş kəndlilər yetişdirir və emal üçün ipək kombinatına təhvil verirlər: "Barama kombinatda ilk olaraq qurutma prosesindən keçir. Əgər barama yaş halda gətirilirsə, xüsusi aparatlarda qurudulur ki, içində olan qurd ölsün. Çünki qurd sağ qalarsa, kəpənəyə çevrilir və baramanı deşib çıxır. Deşilmiş barama isə artıq zay məhsul sayılır. Buna görə də baramanın qurudulması onun saxlanması və keyfiyyətinin qorunması üçün vacibdir. İkinci mərhələ sortlama prosesidir. "Sort sexi" adlanan bölmədə qadın işçilər baramanı "kalibr"lərə görə çeşidləyirlər. Keyfiyyətli ipək sapı əldə etmək üçün baramanın ölçüsü eyni olmalıdır. Müxtəlif ölçülü baramalardan da sap alınır, lakin istənilən qalınlıq və nömrə üçün barama mütləq "kalibr"lərdən keçməlidir. Məsələn, ipək kəlağayı üçün bir növ, xalça üçün daha qalın nömrəli sap tələb olunur. Sortlamadan əvvəl baramanın üzərindəki pambığabənzər qatı - pürzə təmizlənir. Əməliyyatın ardından barama ipək açma sexinə göndərilir".
"Baramaçılıqla orta və yaşlı nəsil məşğul olur" Mirvari İbrahimova kimi digər əməkdaşlar da baramanın az olmasından narahatdırlar. Elə baramaçılıq sahəsinin də ən böyük problemi budur. Çünki onun yetişdirilməsi əvvəlki illərlə müqayisədə xeyli azalıb.
Bu peşənin əməkdarı olan R.Həsənov deyir ki, keçmişdə kəndlərdə ailələr yaz mövsümündən etibarən baramaçılıqla məşğul olurdu və ailənin bütün üzvləri bu prosesə cəlb edilirdi. Hazırda isə gənclərin bu sahəyə marağı çox zəifdir: "Baramaçılıqla əsasən orta və yaşlı nəsil məşğul olur. Gənclərin maarifləndirilməsi lazımdır, lakin bu da müəyyən çətinliklərlə müşahidə olunur. 1990-cı illərdən sonra kombinatda yeni mütəxəssislər yetişdirilməyib. Hazırda orada çalışanlar bu sənəti yalnız müşahidə və təcrübə yolu ilə öyrəniblər. Sənəti praktik yolla mənimsəmək olar, lakin texnologiyanı yalnız bu yolla öyrənmək mümkün deyil. Bunun üçün həm nəzəri bilik, həm də istehsalat təcrübəsi lazımdır. Bu balans olmadıqda keyfiyyətli nəticə əldə edilmir. Səbəb ölkədə baramaçılığa marağın azalması və bu ixtisas üzrə təhsil verən mərkəzlərin olmamasıdır".
Tək istəkləri baramanın bolluğudur Baramaya taleyi kənddə başlayıb istehsalatda bitir deyirlər. Yəni kənddən başlayan yol istehsalat sexlərinin qaynar su dolu qazanlarına, şotkaların ritmik səslərinə və çarxların fırlanan döngələrinə çatır. Burada - zəhmətin və sənətkarlığın birləşdiyi yerdə, barama ipək sapına çevrilir. İşçilərin də dediyi kimi, barama kənddə doğulmasa, ipək də olmaz, ondan ərsəyə gələn məhsullar da... Onların da tək istəyi baramanın bolluğudur. Çünki isti və rütubətli mühitdə nəfəs almaq çətin olsa da, istehsalatda çalışanların baxışında yorğunluq deyil, sənətə sevgi görünürdü. Onlar üçün bu, təkcə iş deyil, həm də ənənəvi sənətə sədaqətin davamıdır.

Mənbə
oxu.az
Oxşar Xəbərlər