Dünya

Ukraynanın Baş Qərargah rəisi: "Ordumuz dörd il ərzində ciddi döyüş yolu keçib" - VİDEO

15 May 2026, 02:24 2 baxış
Ukraynanın Baş Qərargah rəisi: "Ordumuz dörd il ərzində ciddi döyüş yolu keçib" - VİDEO
"Bizim Silahlı Qüvvələr dörd il ərzində olduqca ciddi döyüş yolu keçib". Baku TV-yə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Baş Qərargah rəisi Andrey Qnatov deyib:
"Açıq demək lazımdır ki, bu, unikal təcrübədir. Birincisi, Silahlı Qüvvələrin döyüş potensialını əhəmiyyətli dərəcədə artırdıq. Bu müddət ərzində çoxlu yeni təşkilati strukturlar, briqadalar, alaylar formalaşdırdıq. Hazırda Ukraynada çox böyük və unikal təcrübə var. Bu, böyük ərazili ölkənin hava məkanının müdafiəsi və kritik infrastruktur obyektlərinin qorunması üçün sistemlərə malik olmaqdır",- deyə o əlavə edib.
Mənbə oxu.az