Dünya

Almaniyada pediatr 12 il uşaqlara təcavüz edib

15 May 2026, 03:20 2 baxış
Almaniyada pediatr 12 il uşaqlara təcavüz edib
Almaniyada bir pediatrın Berlin ətrafındakı müxtəlif klinikalarda 12 il ərzində uşaqlara təcavüz etdiyi məlum olub. Prokurorluq həmin şəxsə qarşı 130 epizod üzrə ittiham irəli sürüb. Oxu.Az xəbər verir ki, bu barədə NDTV telekanalı xəbər yayıb. İstintaqın məlumatına görə, təcavüzkar 1 dekabr 2013-cü ildən 5 noyabr 2025-ci ilə qədər olan müddətdə fəaliyyət göstərib. O, cinayətlərini Brandenburqun Ratenov və Nauen şəhərlərində yerləşən müxtəlif klinikalarda törədib. Pedofil həkimi xəstələrdən birinin anası ifşa edib. Belə ki, qadın həkimin öz kabinetində övladına qarşı etdiyi hərəkətlərin şahidi olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər