Siyasət

Azərbaycanın humanizm və sadiqlik nümunəsi: Sülh və regional əməkdaşlıq prioritetdir

14 May 2026, 19:00 1 baxış
Azərbaycanın humanizm və sadiqlik nümunəsi: Sülh və regional əməkdaşlıq prioritetdir
"Azərbaycan müharibə dövründə və sonrakı mərhələdə davamlı şəkildə beynəlxalq humanitar hüquqa uyğun davranış nümayiş etdirib. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın əsas hədəfinin hərbi obyektlər və işğal altındakı ərazilərdə yerləşən hərbi infrastruktur olduğu bildirilib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, mülki əhali və yaşayış məntəqələri məqsədli şəkildə hədəf alınmayıb". Bu sözləri Oxu.Az-a açıqlamasında deputatı Aydın Hüseynov deyib.
O bildirib ki, bu proseslərdə Prezident İlham Əliyevin siyasi və diplomatik fəaliyyəti xüsusi qeyd olunur: "Müharibə dövründə dövlət başçısı həm beynəlxalq ictimaiyyətə, həm də yerli auditoriyaya verdiyi mesajlarda ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyini ön plana çıxarıb. Dövlətimizin rəhbəri postmüharibə mərhələsində də regionda davamlı sülhün, əməkdaşlığın və birgə inkişafın vacibliyini vurğulayıb. Onun çıxışlarında revanşist yanaşmadan deyil, bərpa, reinteqrasiya və gələcəyə hesablanmış siyasətdən bəhs olunması Azərbaycanın mövqeyinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Bunun əksinə olaraq, Ermənistanın həm Birinci Qarabağ savaşı dövründə, həm də 2020-ci ildə müharibə zamanı Azərbaycanın müxtəlif şəhər və rayonlarını raket atəşinə tutduğu geniş şəkildə müzakirə olunub. Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində çoxlu sayda mülki şəxsin həyatını itirməsi və infrastrukturun dağıdılması beynəlxalq səviyyədə də diqqət mərkəzində olub. Bu hücumlar müharibə zonasından uzaqda yerləşən yaşayış məntəqələrinin də təhlükə altında olduğunu göstərmişdi. Müharibədən sonra Azərbaycanın nümayiş etdirdiyi yanaşma da diqqətçəkən məqamlardan biridir. Rəsmi Bakı normal qonşuluq, bərpa və regional əməkdaşlıq mesajları verməyə üstünlük verib. Azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, infrastruktur layihələrinin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin geri dönüşünə hazırlıq bu siyasətin əsas istiqamətlərindəndir". Müsahibimizin sözlərinə görə, eyni zamanda, Azərbaycan regionda uzunmüddətli sülhün təmin olunmasının vacibliyini ön plana çıxarır: "Bu yanaşma postmünaqişə dövründə humanitar və siyasi məsuliyyətin nümayişi kimi təqdim edilir. Beynəlxalq müşahidəçilər də hesab edirlər ki, Cənubi Qafqazda sabitliyin formalaşması üçün qarşılıqlı etimadın və beynəlxalq hüquqa əsaslanan münasibətlərin gücləndirilməsi əsas şərtlərdən biridir".
Azərbaycanın humanizm və sadiqlik nümunəsi: Sülh və regional əməkdaşlıq prioritetdir Azərbaycanın humanizm və sadiqlik nümunəsi: Sülh və regional əməkdaşlıq prioritetdir
Mənbə oxu.az

Oxşar Xəbərlər