Siyasət

Şuşada üç qeyri-yaşayış binası söküləcək - Əli Əsədov qərar imzaladı

14 May 2026, 18:20 1 baxış
Şuşada üç qeyri-yaşayış binası söküləcək - Əli Əsədov qərar imzaladı
"İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü"nün təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilib. Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Şuşa şəhəri, Aslan Qaraşarov küçəsində yerləşən üç qeyri-yaşayış binası sökülməsi qadağan edilən obyektlərin siyahısından çıxarılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər