Şou biznes

Rihanna və Şakira dünyanın 100 ən xeyriyyəçi insanı siyahısında yer alıblar

15 May 2026, 02:48 2 baxış
Rihanna və Şakira dünyanın 100 ən xeyriyyəçi insanı siyahısında yer alıblar
"Time" jurnalı 2026-cı il üzrə dünyanın ən nüfuzlu 100 xeyriyyəçisinin adını açıqlayıb. Qlobal reytinqə argentinalı futbolçu Lionel Messi, pop ulduzlarə Rihanna və Şakira, tanınmış aktyor İdris Elba, eləcə də kinorejissor Stiven Spilberq daxil edilib. Oxu.Az xəbər verir ki, "Elba Hope Foundation" təşkilatının rəhbərləri olan İdris Elba və xanımı Sabrina Daur Elba siyahının "Liderlər" bölməsində qərarlaşıblar. Onların "daha parlaq gələcək vizyonu"na görə bu ehtirama layiq görüldükləri qeyd olunur. "Öncüllər" kateqoriyasında yeni irs formalaşdırdığına görə Messi, təbii fəlakət zonalarına maliyyə dəstəyi ayıran Rihanna yer alıblar. Xeyriyyə işlərində yaradıcılıq imkanlarından faydalandıqları üçün Stiven Spilberq və xanımı Keyt Kepşou da bu bölməyə əlavə olunublar. Kolumbiyada təhsil müəssisələrinin tikintisinə köməklik edən Şakira "İnnovatorlar" sırasına aid edilib. İlin "Titanları" arasında isə "Dell" korporasiyasının təsisçisi Maykl Dell və onun həyat yoldaşı Syuzan göstərilib. Bu cütlük ABŞ-də 25 milyon gələcək sərmayəçini dəstəkləmək məqsədilə 6.25 milyard dollar vəsait bağışlamaq öhdəliyi götürüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər