Siyasət

Qlobal Cənub: Beynəlxalq siyasi iradənin əsas mərkəzinə çevrilən platforma

14 May 2026, 18:30 1 baxış
Qlobal Cənub: Beynəlxalq siyasi iradənin əsas mərkəzinə çevrilən platforma
​"Beynəlxalq münasibətlərin müasir inkişaf trayektoriyasının təhlili birmənalı şəkildə müşahidə etməyə imkan verir ki, uzun illər "ikinci dərəcəli" hesab edilən, resursları istismar olunan Qlobal Cənub bu gün artıq beynəlxalq siyasi iradənin əsas mərkəzinə çevrilməkdədir". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, artıq yeni dünya düzəni bir və ya bir neçə paytaxtın diktəsi ilə deyil, məhz bu coğrafiyanın kollektiv səsi ilə formalaşır: "Qlobal Cənub artıq sadəcə bir coğrafi anlayış deyil, beynəlxalq hüququn norma və prinsiplərinin bərpası üçün ayağa qalxan mənəvi və siyasi gücdür. Bu ölkələrin rolu artdıqca Qərbin illərdir davam edən "mənəvi mentorluq" və birtərəfli qaydalar diktə etmək cəhdləri iflasa məhkumdur. ​Lakin təəssüflər olsun ki, yeni tendensiya köhnə arxitekturada daşlaşmış antibəşəri doqmaları hələ də tam dağıda bilməyib. Əksinə, müasir dövrün prinsipləri ilə heç cür üst-üstə düşməyən neokolonializm bu gün bəzi dövlətlərin, xüsusilə Fransanın timsalında daha eybəcər və maskalanmış formada mövcudluğunu qoruyur. Bundan başqa, klassik müstəmləkəçilikdən imtina etməyə məcbur olmuş subyektlər belə iqtisadi asılılıq yaratmaq, daxili işlərə kobud müdaxilə, mədəni ekspansiya və "demokratiya ixracı" adı altında digər dövlətləri zəiflətmək cəhdləri ilə neokolonializmi yaşatmqdadırlar". "​Bəzi paytaxtlar hələ də özlərini metropoliya, digərlərini isə onların iradəsinə tabe olmalı "vassal"lar kimi görmək xəstəliyindən qurtula bilməyiblər. Şübhəsiz ki, Fransanın başçılıq etdiyi bu kimi tendensiyalar inkişaf etməkdə olan ölkələrin suverenliyinə qarşı ən böyük təhdiddir. Nəticə etibarilə hələ də yeni elementlərlə zənginləşmiş neokolonial siyasət qurbana çevrilən dövlətlərin milli resursları üzərində tam nəzarətini əngəlləməyə, onları xarici borc bataqlığına sürükləməyə və milli maraqlarından kənar qərarlar qəbul etməyə məcbur edir. Bu, sadəcə iqtisadi deyil, həm də dövlətlərin siyasi gələcəyini girov götürmək cəhdidir. Lakin Qlobal Cənubun oyanışı bu asılılıq zəncirlərini qırmaq üçün tarixi fürsət yaradır", - deputat vurğulayıb. Müsahibimiz əlavə edib ki, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə bu məsələlərdə ən qətiyyətli və barışmaz mövqe nümayiş etdirən, bir çox coğrafiyalar üçün ümidə çevrilən dövlətdir: "Xüsusən, Qoşulmama Hərəkatına sədrlik dövründə Bakı neokolonializmlə mübarizəni beynəlxalq gündəliyin mərkəzinə gətirdi. Azərbaycan bu gün Fransanın dənizaşırı ərazilərində apardığı müstəmləkə siyasətini ifşa edən ən uca səsdir. İlham Əliyevin qlobal miqyaslı lider kimi beynəlxalq hüququn aliliyinə əsaslanan mövqeyi kifayət qədər aydın və ədalətlidir: hər bir dövlət öz taleyini özü təyin etməlidir, heç bir xarici güc başqa bir xalqın suveren iradəsindən üstün ola bilməz. Daha korrekt formada desək, Bakı artıq diktə edilən deyil, bərabərhüquqlu tərəfdaşlığa əsaslanan bir dünya düzəni arzu edir. Özünün hərbi-siyasi mütləq zəfəri ilə köhnə rıçaqları məhv edərək yaratdığı yeni reallıqda Azərbaycan bu ədalətli mübarizənin ön sıralarındadır".
Qlobal Cənub: Beynəlxalq siyasi iradənin əsas mərkəzinə çevrilən platforma Qlobal Cənub: Beynəlxalq siyasi iradənin əsas mərkəzinə çevrilən platforma
Mənbə oxu.az

Oxşar Xəbərlər