Dünya

Pakistan "Fatah-4" qanadlı raketini sınaqlarını keçirdi - VİDEO

15 May 2026, 02:00 2 baxış
Pakistan "Fatah-4" qanadlı raketini sınaqlarını keçirdi - VİDEO
Pakistan "yer-yer" sinfindən olan "Fatah-4" yüksəkdəqiqlikli qanadlı raketinin sınaqlarını uğurla başa çatdırıb. Oxu.Az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İdarələrarası İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.
"Qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz edilmiş "Fatah-4" uzaq məsafələrdə yerləşən hədəfləri böyük dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir", - deyə açıqlamada qeyd edilir. Qeyd edək ki, "Fatah" raketlərinin 120 km və 750 km mənzilli modifikasiyalarının əvvəlki sınaqları 2025-ci ilin may və sentyabr aylarında keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər