Siyasət
Azərbaycanın iradəsini bütün dünya qəbul etdi: Minsk qrupu səhifəsi bir daha açılmayacaq
ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması cari ilin ən mühüm siyasi-diplomatik hadisələrindən biri hesab olunur. Çünki atılan addım "Cənubi Qafqazın taleyi region dövlətləri tərəfindən həll edilməlidir" prinsipinin beynəlxalq miqyasda qəbul olunmasını təmin edir. Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: Real fəaliyyəti yaranma məqsədindən uzaq düşən ATƏT-in Minsk qrupunun tarixin arxivinə göndərilməsi istiqamətində aparılan ardıcıl fəaliyyət bütün müqavimətlərə baxmayaraq, rəsmi Bakının istədiyi nəticə ilə sonuclandı. İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupunu yenidən dirçəltmək istəyənlər siyasi şahmat taxtasında ustad gedişləri ilə mat vəziyyətinə salındı. Minsk qrupu səhifəsi bir daha açılmayacaq Artıq tarixin Minsk qrupu səhifəsi bir daha açılmayacaq. Bu müvəffəqiyyətin əldə edilməsinə aparan yol kifayət qədər nahamar olsa da, Azərbaycan onu qətiyyəti, əzmi ilə uğurla keçdi. Xatırladaq ki, 1992-ci ildə yaradılan Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün nəzərdə tutulmuş vasitəçilik mexanizmi olsa da, fəaliyyəti dövründə heç bir real nəticə göstərə bilmədi, daha çox status-kvonun saxlanmasına xidmət etdi. Məhz bu səbəbdən onun fəaliyyəti Azərbaycanda haqlı olaraq, tənqid predmetinə çevrildi. Amma Minsk qrupu bu tənqidlərdən faktiki olaraq, heç bir nəticə çıxarmadı, əksinə, həmsədrlər turistik səfərlərini davam etdirdi, münaqişənin həlli istiqamətində bəzən beynəlxalq hüquq normalarına zidd təkliflər irəli sürməkdən belə utanmadılar. Minsk qrupunun ABŞ-dən olan keçmiş həmsədri Riçard Hoqlandın etirafları da çox şeyin üzərinə işıq saldı: "Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox az iş görülürdü".
Müharibəyə görə də məsuliyyət daşıyırdı Təbii ki, belə onların Qarabağ münaqişəsinin həllində nəyəsə nail olacağını gözləmək də sadəlövhlük olardı və Azərbaycanın danışıqlar prosesinə paralel şəkildə ordusunu gücləndirməsi həm də bundan irəli gəlirdi. Minsk qrupu isə fəaliyyət göstərdiyi 28 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ən xırda nailiyyətə belə nail ola bilmədi. Bu mənada heç şübhəsiz ki, İkinci Qarabağ müharibəsinə görə Ermənistanla yanaşı, Minsk qrupu da məsuliyyət daşıyır. Ölkəmiz ərazi bütövlüyünü İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbə ilə bərpa etdikdən sonra Minsk qrupunun vasitəçilik missiyasına da artıq heç bir ehtiyac qalmadı. Lakin Ermənistan da daxil olmaqla, onu ayaqda saxlamağa çalışanlar oldu. Lakin Qarabağ münaqişəsi həllini tapdığından məntiq də, hüquq da Minsk qrupunun ləğvini tələb edirdi. Azərbaycanın yanaşmasını qəbul etmək istəməyənlərə rəsmi Bakı son sözünü dedi: Onun fəaliyyətinə son qoyulmasını Ermənistana sülh müqaviləsinin imzalanmasının əsas şərtlərindən biri kimi irəli sürdü. Vaşinqton razılaşmalarının real nəticəsi Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında ABŞ dövlət başçısının iştirakı ilə avqustun 8-də Vaşinqtonda baş tutan görüşü zamanı ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanması məqsədilə ATƏT-in Fəaliyyətdə olan Sədrinə birgə müraciətin qəbul olunması barədə razılıq əldə edildi. Az sonra müvafiq birgə müraciət əsasında cari il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən qurumun Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olundu. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verildi. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə həvalə edildi. Qərarda keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan olundu. Nəhayət, dekabrın 1-də ləğv prosesi rəsmən başa çatdı. Bu, həmin günə təsadüf etdi ki, ondan düz 38 il öncə Qarabağdan olan erməni nümayəndə heyəti Moskvaya gedərək bu ərazinin Ermənistana birləşdirilməsi üçün minlərlə erməninin imzaladığı müraciəti Sov.İKP Mərkəzi Komitəsinin qəbul otağına təqdim etmişdilər. Bundan cəmi iki il sonra, yəni 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında" qərar qəbul etmişdi. Ermənilər üçün mühüm olan həmin günlərin ildönümündə Azərbaycan Minsk qrupunun tabutuna son mismarı vurdu.
Azərbaycanın iradəsini bütün dünya qəbul etdi Minsk qrupunun fəaliyyətinin dayandırılması cari ilin ən mühüm siyasi-diplomatik hadisələrindən biri hesab olunur. Çünki onun ləğvi Azərbaycanın diplomatik təşəbbüslərinin mərkəzində duran "Cənubi Qafqazın taleyi region dövlətləri tərəfindən həll edilməlidir" prinsipinin beynəlxalq miqyasda qəbul olunmasını təmin edir. Bu, həm də ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra formalaşan yeni geosiyasi reallığın dünyada qəbul olunması deməkdir. Öz növbəsində bu hal Azərbaycanın yalnız hərbi deyil, həm də siyasi liderliyini təsdiqləyən mühüm nailiyyətdir və milli maraqların təmininin təntənəsi kimi tarixə yazılır.

Mənbə
oxu.az
Oxşar Xəbərlər