Siyasət
Solovyovun çıxışının arxasında nə dayanır? - Politoloqdan diqqətçəkən açıqlama
"Vladimir Solovyovun indiyədək beynəlxalq münasibətlər sistemi ilə bağlı məsələlərə yanaşması məntiqə sığmır. Onun mövqeyi daha çox hansısa imperialist maraqların ifadəsi kimi görünür". Bu fikirləri Oxu.Az-a açıqlamasında "Qafqaz" Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Araz Aslanlı deyib. O bildirib ki, əksər hallarda belə yanaşmaların konkret məntiqi əsası hiss olunmur:
"Solovyov daha çox həmin dövrün siyasi konyunkturasına uyğun şəkildə, dövlətlərarası münasibətlərdə gərginlik yaratmağa və ya təxribat törətməyə xidmət edən açıqlamalar verir. Bu dəfə də vəziyyət fərqli deyil. Burada diqqətçəkən əsas məqam Rusiyanın dövlət kanallarında Azərbaycanla bağlı bu mövzunun təkrar gündəmə gətirilməsidir. Biz məsələyə həm də o kontekstdən yanaşırıq ki, jurnalist müstəqil olmalı, obyektiv fikir bildirməli və hadisələrə adekvat yanaşmalıdır. Jurnalist təhrikedici deyil, sülhpərvər mövqedən çıxış etməlidir. Solovyovun və onun kimi şəxslərin yanaşmaları isə bunun tam əksini göstərir. Azərbaycan əraziləri Ermənistanın işğalı altında olduğu dövrdə də müəyyən dairələrin münaqişənin davam etməsində maraqlı olduqları, tərəflərə təzyiq göstərdikləri müşahidə edilirdi. Lakin həmin mərhələ artıq geridə qalıb. Azərbaycanın uğurlu hərbi və xarici siyasət strategiyası, eləcə də qəhrəman əsgərlərinin şücaəti nəticəsində torpaqlar işğaldan azad edildi". A.Aslanlı vurğulayıb ki, 2020-2023-cü illər arasında müxtəlif təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan prosesi yekunlaşdırmağa nail oldu:
"2023-cü ildə keçirilən antiterror tədbirlərindən sonra ölkəmizə qarşı müəyyən təzyiqlər olsa da, Azərbaycan buna imkan vermədi. Ermənistanda və onun hüdudlarından kənarda bəzi qüvvələrin təxribat cəhdlərinə baxmayaraq, rəsmi Bakı İrəvanla sülh sazişi parafladı. Hazırda iki ölkəni gözləyən əsas məsələ sülh, regionun birgə inkişafı və əməkdaşlıqdır. Bu barədə həm Azərbaycan Prezidenti, həm də Ermənistanın baş naziri dəfələrlə mövqelərini açıqlayıblar. İyunun 7-də Ermənistanda parlament seçkisi keçiriləcək. Bu fonda Ermənistanda müəyyən təxribat təşəbbüslərinin olduğu müşahidə edilir. Həm daxildəki, həm də xaricdəki bəzi qüvvələr bu proseslərə təsir göstərməyə çalışırlar. Rusiyadan gələn bəzi açıqlamalar, o cümlədən Solovyovun çıxışları da məhz bu təxribatçı yanaşmanın göstəricisi kimi qiymətləndirilə bilər. Belə görünür ki, hələ də müəyyən dairələrdə Ermənistanı yenidən təxribatlara cəlb etmək ümidi qalır. Halbuki Azərbaycan artıq sübut edib ki, bundan sonra regionda hansısa təhlükəli təşəbbüsün nəticəsi əvvəlcədən bəllidir". Sədr əlavə edib ki, Solovyovun yanaşması nə tarixi faktlara, nə də mövcud reallıqlara əsaslanır:
"Bu, daha çox müəyyən dairələrin Ermənistandakı daxili siyasi proseslərə təsir göstərmək, Azərbaycana mesaj vermək və imkan yaranarsa, Cənubi Qafqazı yenidən münaqişə zonasına çevirmək cəhdidir. Tarixi sənədlər və elmi faktlar isə bu iddiaların əsassız olduğunu göstərir. Müxtəlif dini abidələrə istinad edərək həmin ərazilərin ermənilərə məxsus olduğunu iddia etmək absurddur. Rusiya dövlət arxivlərində belə ermənilərin bu ərazilərə hansı müqavilələr əsasında köçürüldüyünü təsdiqləyən sənədlər mövcuddur. Bütün bunların fonunda bu cür iddiaların yenidən gündəmə gətirilməsi daha çox Ermənistandakı proseslərə təsir göstərmək, onu əvvəlki siyasətə qaytarmaq və Azərbaycana müəyyən mesajlar vermək cəhdi kimi görünür".

Mənbə
oxu.az
Oxşar Xəbərlər