Cəmiyyət

Maaşınız gecikəndə sizə əlavə ödəniş oluna bilər - Qanun nə deyir? - VİDEO

14 May 2026, 05:00 1 baxış
Maaşınız gecikəndə sizə əlavə ödəniş oluna bilər - Qanun nə deyir? - VİDEO
Bəzi hallarda işçinin maaşı müxtəlif səbəblərdən gecikə bilər. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu maaşın üzrsüz səbəbdən gecikməsi ilə bağlıdır. Maaşı gecikən işçi nə etməlidir?

Əmək Məcəlləsinin 172-ci maddəsində qeyd olunur ki, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəniş verilməlidir. Məcəllədə qeyd olunur ki, "işəgötürənin təqsiri üzündən gecikdirildikdə" dedikdə, əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əməkhaqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əməkhaqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
Maaşınız gecikəndə sizə əlavə ödəniş oluna bilər - Qanun nə deyir? - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər