Cəmiyyət

Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən DANIŞDI - VİDEO

14 May 2026, 03:00 1 baxış
Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən DANIŞDI - VİDEO
"Azərbaycanda hantavirusun yayılma riski aşağı qiymətləndirilir". Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. Onun sözlərinə görə, ÜST bir neçə ölkə ilə birlikdə virusa qarşı operativ cavab tədbirləri üzərində işləyir. Əsas diqqət xəstələrin müalicəsinə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə və virusun daha geniş yayılmasının qarşısının alınmasına yönəldilib.
Bəs hantavirusa yoluxma necə baş verir? Hande Harmancı qeyd edib ki, simptomlar adətən virusa məruz qaldıqdan sonra 1-8 həftə ərzində özünü göstərməyə başlayır.
Mənbə oxu.az

Oxşar Xəbərlər