Dünya
ABŞ-də ərzaq qiymətləri kəskin artıb
Amerika Birləşmiş Ştatlarında qida məhsullarının dəyəri son dörd ilin ən yüksək sürəti ilə bahalaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb. Qiymət artımına əsas səbəb kimi enerjidaşıyıcılarının bahalaşması, yeni tariflər və aqrar sektorda müşahidə olunan çətinliklər göstərilir. Amerikalıların gündəlik rasionunda mühüm yer tutan təzə meyvə-tərəvəz və mal ətinin qiyməti xüsusilə nəzərəçarpacaq dərəcədə yüksəlib. Nümunə üçün, aprel ayında pomidorun qiyməti mart ayı ilə müqayisədə 15%, illik kəsimdə isə 40%-ə yaxın bahalaşıb. Geniş istehlak edilən mal ətinin dəyəri də 2026-cı ilin aprelində əvvəlki illə müqayisədə 15% artıb. Qeyd edək ki, ümumi ərzaq qiymətlərində 2022-ci ilin yanvarından etibarən 18%-dən çox artım qeydə alınıb. BMT-nin məlumatına görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları qlobal ərzaq bazarındakı qiymətləri son üç ildən çox müddətdə ən yüksək səviyyəyə qaldırıb.
Mənbə
oxu.az