Siyasət
Maykl Silkeberq: "Ümid edirəm, bundan sonra dağıdılan kəndləri deyil, canlı küçələri, məscidləri, məktəbləri lentə alacağam"
"Azərbaycanın 36 tələbəsi İsveç hökumətinin magistr üzrə təqaüd proqramından yararlanır". Oxu.Az xəbər verir ki, bunu isveçli rejissor Maykl Silkeberq Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" adlı beynəlxalq konfrans çərçivəsində baş tutan "Qeyri-maddi irs: Qayıdışın canlı əsaslarının dirçəldilməsi" adlı panel müzakirələrdə çıxışı zamanı deyib. O bildirib ki, həmin tələbələr İsveç və Azərbaycan arasında əlaqələrin yaradılmasına kömək edəcəklər. Qonaq, həmçinin Azərbaycanla bağlı dörd film çəkdiyini vurğulayıb: "Azərbaycanın mədəni paytaxtı Şuşaya 2021-ci ilin noyabrında səfər etmişəm. Mən dağıntıların şahidi oldum. Orada mənim diqqətimi bir çiçək - xarıbülbül - çəkdi. O, məni valeh etdi. Həmçinin bu vaxta qədər dörd film çəkmişəm. Bunların hamısı UNESCO-nun himayəsi altında olub. Bu filmlərdən biri Qarabağ irsinə həsr olunub. Dünyanın 10-dan çox ölkəsində yayımlanıb. Digərləri - "Nuhun izi ilə" Qobustana aid, həmçinin Naxçıvan və Vahid Mustafayevlə bağlı filmim olub". Rejissor vurğulayıb ki, 30 ildən sonra Cənubi Qafqazda sülh üçün nəzərəçarpacaq addımlar atılır: "Sülh incəsənət nöqteyi-nəzərindən də baş verənləri qələmə almağa imkan verir. Ümid edirəm ki, bundan sonra dağıdılan kəndləri deyil, canlı küçələri, məscidləri, məktəbləri lentə alacağam". Aqil Vəlili
Mənbə
oxu.az
Oxşar Xəbərlər