Siyasət

Putin: "Bakı Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəkləyir"

01 Oct 2026, 22:22 2 baxış
Putin: "Bakı Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəkləyir"
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəklədiyini və bu layihəni perspektivli hesab etdiyini bildirib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı "Valday" Beynəlxalq Diskussiya Klubunun 23-cü illik iclasının plenar sessiyasında çıxışı zamanı bəyan edib. O, marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçməli olduğunu diqqətə çatdırıb. "Biz Azərbaycan Prezidenti İlham Əliyevlə təmasdayıq, heç bir problem yoxdur. Bakı bu layihənin reallaşdırılması ilə razıdır və onu perspektivli hesab edir", - deyə Rusiya lideri vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər