Siyasət

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

01 Oct 2026, 21:08 7 baxış
Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Şuşada görüşüblər.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi X sosial şəbəkə hesabında məlumat paylaşıb.


"Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani sabah keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan Müdafiə Nazirlərinin Üçtərəfli Görüşündən əvvəl Şuşa şəhəri ilə tanış olublar", - paylaşımda bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər