Siyasət

Hikmət Hacıyev Aleksandr Vinnikovla görüşüb

05 Dec 2025, 14:16 1 baxış
Hikmət Hacıyev Aleksandr Vinnikovla görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Tbilisidəki Nümayəndəlik Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb. Oxu.Az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, görüş səmərəli keçib. Aleksandr Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramına və onun müdafiə və təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı haqqında əsas məruzə ilə çıxış edib. Nümayəndə heyəti, həmçinin NATO səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib. Səfər 2025-26-cı illərdə NATO-nun Azərbaycandakı əlaqə mərkəzi kimi fəaliyyət göstərəcək Slovakiya və İsveç səfirliklərinin dəstəyi ilə təşkil olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər