Siyasət

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin vəzifəli şəxsləri işdən çıxarıldılar

05 Dec 2025, 15:02 1 baxış
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin vəzifəli şəxsləri işdən çıxarıldılar
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşavirləri Cəfər Babayev, Əhməd Həsənov və dövlət satınalmaları şöbəsinin müdiri Elşən Həsənovun vəzifələrindən azad edildiyi iddia olunur. Bu barədə Oxu.Az-a məlumat daxil olub. Məlumatda hər 3 şəxsin dövlət satınalmaları ilə bağlı korrupsiya və digər hüquqpozuntuları səbəbindən işdən çıxarıldığı qeyd edilir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əhməd Həsənov və Elşən Həsənov müxtəlif vaxtlarda öz ərizələri əsasında işdən ayrılıblar: "Cəfər Babayev isə hazırda sədrin müşaviri qismində agentlikdə çalışır". Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər