Siyasət

Saxlanılan Tulin: 21 yaşlı səkkizqat çempionun həyatı

05 Dec 2025, 14:25 1 baxış
Saxlanılan Tulin: 21 yaşlı səkkizqat çempionun həyatı

Xəbər verdiyimiz kimi, azərbaycanlı qadın kikboksçu, 21 yaşlı Tulin Ələkbərova dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinərək saxlanılıb.


Axar.az xəbər verir ki, Tulin Ələkbərova səkkizqat Azərbaycan çempionudur.


O, 2004-cü ildə anadan olub və 8 yaşından bəri idmanla məşğuldur. Azərbaycan çempionu olan kikboksçunun 27 medalı var, 18-i qızıldır.


Tulin Ələkbərova 2023-cü ilin dekarbında sevgilisi tərəfindən döyüldüyü üçün gündəmə gəlib.


Daha sonra 2025-ci ilin aprelində Nərimanov rayonunda yerləşən restoranda Tulin tərəfindən döyüldüyünü deyən qadın bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə idmançıya 6 ay müddətinə azadlığın məhdudlaşdırılması, yəni elektron qolbaqla nəzarət altında qalma cəzası təyin edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər