Siyasət

İndoneziya təzminat məsələsində Azərbaycanla təcrübəsini bölüşə bilər

05 Dec 2025, 12:34 1 baxış
İndoneziya təzminat məsələsində Azərbaycanla təcrübəsini bölüşə bilər
"İndoneziya təzminat məsələsində Azərbaycanla təcrübəsini bölüşə bilər". Oxu.Az xəbər verir ki, bunu İndoneziya Gənclər Təşkilatının Prezidenti Astrid Nadya Rizqita Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" adlı beynəlxalq konfrans çərçivəsində baş tutan "Qeyri-maddi irs: qayıdışın canlı əsaslarının dirçəldilməsi" adlı panel müzakirələrdə çıxışı zamanı deyib. O, Niderland-İndoneziya münaqişəsindən sonra təzminat təcrübələrindən bəhs edib: "İndoneziya və Niderland hökumətləri arasında uzun illər danışıqlar aparılmış təzminatla bağlı bir çox sənədlər rəsmiləşdirildi. İndoneziya və Niderland təzminat məsələləri üzrə komissiya yaradıb, xeyli sayda qazıntılar zamanı tapılmış maddi və mədəni irslər ölkəmizə təhvil verilib. Azərbaycan da təzminat məsələsində İndoneziya təcrübəsindən yararlana bilər. Geridönüş məsələsində qarşı tərəf azərbaycanlılara təminat verilməlidir ki, abidələri bərpa etsinlər. Xəritələşmə aparılmalıdır, çəkilişlər edilməlidir. Məscidlər, məzarlıqlar bərpa olunmalıdır. Bərpa olunan məkanların həqiqiliyi, tarixi irsi özünə qaytarılmalıdır. Qərbi Azərbaycan İcmasının tarixi yaddaşı bərpa etməsi əhəmiyyətlidir. Keçmişin fiziki qalıqları gələcək üçün vacibdir". Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər