Siyasət

Sabah yağış yağacaq

05 Dec 2025, 12:56 1 baxış
Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 6-da arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.


Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-70% olacaq.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 3-8, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər