Siyasət
Yaşar Sarı: "Yekun sülhün əldə olunması Qərbi azərbaycanlıların qayıdışı ilə başa çatmalıdır"
"Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə bir-birinə səfir təyin etməsi təqdirəlayiq addım olar, amma yekun sülh yalnız Qərbi azərbaycanlıların geri qayıdışından sonra mümkündür". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Yaşar Sarı Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" adlı beynəlxalq konfrans çərçivəsində baş tutan "Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar" adlı panel müzakirələrdə çıxışı zamanı deyib. O bildirib ki, sülh prosesi diplomatik münasibətlərin qurulması ilə məhdudlaşmır: "Səfirlərin təyin olunası, quru sərhədlərin açılması yaxşı ola bilər, amma yekun sülhün əldə olunması Qərbi azərbaycanlıların qayıdışı ilə başa çatmalıdır. Beynəlxalq konvensiyalara riayət olunmalıdır, iki ölkə arasında yekun sülh müqaviləsi imzalanmalıdır və Qərbi azərbaycanlıların torpaqlarına qayıdışı orada əksini tapmalıdır. 8 avqustda paraflanmış saziş ilk addım idi. Amma bunun kimi çox addımlar atılmalıdır". Aqil Vəlili
Mənbə
oxu.az
Oxşar Xəbərlər