Siyasət

Naxçıvanda dəmir yollarının yenidən qurulmasına başlanıldı

05 Dec 2025, 11:32 1 baxış
Naxçıvanda dəmir yollarının yenidən qurulmasına başlanıldı

Azərbaycan Dəmir Yolları QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulmasına başlayıb.


Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.


"Zəngəzur dəhlizinin Naxçıvan hissəsini təşkil edən dəmir yollarının ümumi uzunluğu 188 kilometrdir. Bununla bağlı layihələndirmə işləri artıq başa çatıb. Yeni dəmir yollarının inşasının nə vaxt bitəcəyi isə bilinmir. Çünki onun bir çox komponentləri var", - deyə sədr qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər