Siyasət

Yevlaxda da yanğın oldu: 1 ölü, 2 yaralı

05 Dec 2025, 11:50 1 baxış
Yevlaxda da yanğın oldu: 1 ölü, 2 yaralı

Yevlaxda yanğın hadisəsi baş verib.


Axar.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində evdə baş vermiş yanğın hadisəsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yanıq xəsarətləri alıb.


Xəsarət alanlar Yevlax rayon mərkəzi xəstəxanasına (RMX) çatdırılıb.


Yevlax RMX-nın İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, dekabrın 5-də saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasiyentlərə tibbi yardım göstərilib. Onlardan 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.


1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi yardım almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər