Siyasət

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

05 Dec 2025, 10:34 1 baxış
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir
Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Azərbaycan-Gürcüstan Media Forumu keçirilir. Oxu.Az xəbər verir ki, "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusuna həsr edilmiş forumda Azərbaycan və Gürcüstanın media nümayəndələri iştirak edirlər. Forum çərçivəsində "İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi" və "Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq" mövzularına həsr edilmiş panel sessiyalar nəzərdə tutulur. Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər