Siyasət

Lökbatan xəstəxanası Narkoloji Mərkəzə çevrilir

05 Dec 2025, 10:37 1 baxış
Lökbatan xəstəxanası Narkoloji Mərkəzə çevrilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti tabeliyində olan tibb müəssisələrinin yenidən qurulması ilə bağlı satınalma müqaviləsi imzalanıb.


Axar.az Banker.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən yarımçıq xəstəxana binasının profilinin dəyişdirilərək 123 çarpayılıq Narkoloji Mərkəz kimi istifadəyə verilməsi (1-ci mərhələ) çərçivəsində əsaslı təmir işləri həyata keçiriləcək.


Bu istiqamətdə qurum PRO Construction Company MMC ilə 754.795,77 AZN məbləğində müqavilə bağlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər