Siyasət
Bu gün Əli Kərimli ilə bağlı qərar veriləcək
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verib.
Axar.az xəbər verir ki, bu gün (5 dekabr) saat 14:20-də Bakı Apellyasiya Məhkəməsində Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılacaq.
Qeyd edək ki, 1 dekabrda Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında Əli Kərimli barəsində 2,5 aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı CM-in 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Mənbə
axar.az
Oxşar Xəbərlər