Digər

Rusiyalı aktyor Ciqurda xəstəxanaya yerləşdirildi

23 Nov 2026, 13:18 2 baxış
Rusiyalı aktyor Ciqurda xəstəxanaya yerləşdirildi
Rusiyalı aktyor Nikita Ciqurda infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə onun həyat yoldaşı Marina Anisina "NEWS.ru" nəşrinə məlumat verib. Onun sözlərinə görə, aktyor reanimasiyadadır. Onun vəziyyəti ilə bağlı əlavə məlumat verilmir. "Bəli, bu xəbər doğrudur, Ciqurda infarkt keçirdi. Bu gün səhər təcili yardım çağırdım və onu xəstəxanaya yerləşdirdilər. O reanimasiyadadır. Vəziyyəti ilə bağlı hələ məlumat yoxdur. Mənə dedilər ki, daha sonra zəng edim. Reanimasiya şöbəsində telefon, əlbəttə ki, işləmir. Məndən iki-üç saat sonra zəng etməyimi istədilər, indi onunla məşğuldurlar", - deyə Anisina bildirib. Nikita Ciqurda karyerası ərzində 30-dan çox bədii film və serialda rol alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər