İdman
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda keçiriləcək "Sabah" - "Barselona" futbol klublarının qarşılaşmasını idarə edəcək hakimlər müəyyənləşib. Oxu.Az xəbər verir ki, görüşdə Şotlandiyadan olan hakimlər briqadası iş başında olacaq. Matçın baş hakimi Nikolas Uolş təyin edilib. Ona yan xətt hakimləri Frensis Konnor və Daniel Makferleyn kömək edəcəklər. Donald Robertson dördüncü hakim, Endryu Dallas VAR hakimi, Stiven Maklin isə VAR köməkçisi olacaq. Qarşılaşma noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
Mənbə
oxu.az