Digər

Ermənistanın Konstitusiya layihəsi 6 ay müzakirə ediləcək

23 Nov 2026, 13:12 4 baxış
Ermənistanın Konstitusiya layihəsi 6 ay müzakirə ediləcək

Ermənistanın yeni Konstitusiya layihəsinin müzakirələri 2027-ci ilin yazınadək davam edəcək.


Axar.az xəbər verir ki, bunu Mülkü Müqavilə fraksiyasının rəhbəri Arusyak Manavazyan deyib.


“Saytda təklif vermək imkanı yaradılıb və bütün vətəndaşlar bundan sərbəst istifadə edə bilərlər. Bu proses bir neçə ay, yəni yaza qədər davam edəcək”, - o bildirib.


Qeyd edək ki, layihənin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almayıb. Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycana (o cümlədən Türkiyəyə) torpaq iddiasını əks etdirir.

Mənbə axar.az

Oxşar Xəbərlər