Dünya

Saxlanılan narkobaronu "Musiqiçi" əvəz edəcək: Qorxunc hadisələr gözlənilir

23 Nov 2026, 13:50 3 baxış
Saxlanılan narkobaronu "Musiqiçi" əvəz edəcək: Qorxunc hadisələr gözlənilir
Meksikada ən çox axtarılan narkobaronlardan biri, "El Çapo İsidro" kimi tanınan Faust İsidro Mesa Flores hərbçilər tərəfindən saxlanılılıb. Oxu.Az-ın xəbərinə görə, "The Wall Street Journal" nəşri bundan sonra dəhşətli hadisələrin olacağı ehtimalından yazıb. Ekspertlər xəbərdarlıq edirlər ki, onun həbsi onsuz da ərazi uğrunda müharibələrdə boğulan bölgədə "partlayış"a gətirib çıxara bilər. Onun varisi, çox güman ki, müavini - "Musiqiçi" ləqəbli Oskar Qastelum olacaq. Lakin dəyişiklik xüsusən də Meksika narkotik ticarətinin beşiyi olan Sinaloada nadir hallarda sakit baş verir. Son iki ildə fentanilin ən böyük istehsalçısı olan Sinaloa karteli təsisçilərin oğulları - İsmael "El Mayo" Zambada və Xoakin "El Çapo" Qusmanın fraksiyaları arasındakı müharibə nəticəsində parçalanıb. İtkilər artıq dəhşətlidir: təxminən yeddi min nəfər ölən və itkin düşənlər var. Xatırladaq ki, həbs noyabrın 20-də axşam Sinaloa ştatının Quasave şəhərində atışmadan sonra baş verib: xüsusi təyinatlı qüvvələr hərbi helikopterlərin dəstəyi ilə yüzlərlə yaraqlı ilə toqquşublar. Dörd əsgər və ən azı yeddi yaraqlı həlak olub. 44 yaşlı Mesa Flores iyirmi il ərzində cinayətkar aləmin zirvəsinə yüksəlib. O, Beltran Leyva kartelinin qalıqlarına rəhbərlik edib, Sinaloanın şimalı üzərində nəzarəti möhkəmləndirib, sonra isə təsirini Kuliakana qədər genişləndirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər