İdman
Lamin Yamal Bakıya gəlməyəcək - Səbəb
İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Sabah"la keçiriləcək oyunda iştirak etməyəcək. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kataloniya klubunun tibbi açıqlamasına əsasən, 18 yaşlı futbolçunun sağ topuğunda narahatlıq yaranıb. Ehtiyat tədbiri olaraq onun Bakıya səfər etməməsi qərara alınıb. Yamalın noyabrın 29-da "Deportivo" ilə qarşılaşmaya qədər hazır vəziyyətə gəlməsi gözlənilir. Qeyd edək ki, "Sabah" - "Barselona" oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.
Mənbə
oxu.az